TAİB-in Gənclər Təşkilatından maraqlı təşəbbüs

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi-TAİB-in Gənclər Təşkilatı aktiv fəaliyyətləri ilə daim diqqət çəkməyə çalışırlar. İmkansız tələbələri muzeylərə səyahətə cəlb etməklə, müxtəlif sahələrdə təmənnasız təlimlər keçməklə, forum və tədbirlərlə çıxışları ilə başqa gənclərə örnək olan gənclər, bu dəfə asudə vaxtın səmərəli təşkili üçün maraqlı addım atıblar.
Agsaqqallar.com xəbər verir ki, gənclər Bakıda yerləşən “Dədə Qorqud” parkında piknik təşkil ediblər. Maraqlı tərəfi isə o olub ki, hər bir gənc bir türk dövlətinin bayrağına bürünərək “Türk birliyi” yaradıblar. Sıralanan gənclərin qürurverici görüntüsü sosial şəbəkələrdə maraqla qarşılanıb.
Gənclərin bu təşəbbüsünü alqışlayan TAİB ağsaqqalları təşkilatın gəncləri ilə qürur duyduqlarını vurğulayıblar.
Qeyd edək ki, ölkənin ictimai-siyasi həyatında baş verən bütün hadisələrdə fəal olan TAİB Gənclər Təşkilatının üzvləri Laçın-Xankəndi yolunda keçirilən uzunmüddətli aksiyanın da fəal iştirakçılarıdırlar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR