Qazaxıstan, Özbəkistan və Fransanın boks milliləri Azərbaycandadırlar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Gənc boksçulardan ibarət Qazaxıstan, Özbəkistan və Fransa milliləri Azərbaycanda səfərdədirlər.

Agsaqqallar.com xəbər verir ki, qonaqlar Bakı Boks Mərkəzində Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışına qatılıblar.

100-dən çox idmançının yer aldığı hazırlıq çərçivəsində milli üzvləri sınaq döyüşləri keçirəcəklər. Komandalar aprelin 23-dək birgə məşq edəcəklər.

Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev birgə hazırlığın gələcək uğurlar üçün faydalı olacağını vurğulayıb. O bildirib ki, məhz belə toplanışlarda boksçuların güclü və zəif cəhətləri daha çox nəzərə çarpır, onlar üzərində xüsusi işlənilir: “Məqsədimiz təlim-məşq toplanışlarında və beynəlxalq turnirlərdə özlərini yaxşı tərəfdən göstərən hər bir idmançının daha çox inkişafına nail olmaqdır. İstəyirik ki, hər çəki dərəcəsində ən güclülərdən ibarət inamlı komanda formalaşdıraq. Asiyanın və dünyanın aparıcı ölkələrindən olan Qazaxıstan və Özbəkistan, həmçinin, Avropada öz sözünü deməyi bacaran Fransa yığmaları ilə birgə hazırlıq növbəti yarışlarda bizə çox faydalı olacaq”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR