" />

TAİB-in sədri, akademik Sudeif İmamverdiyev: “Dövlətimizin həyata keçirdiyi siyasətin yanındayıq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in sədri, akademik Sudeif İmamverdiyev: “Dövlətimizin həyata keçirdiyi siyasətin yanındayıq”

“Biz TAİB olaraq Azərbaycan Prezidentinin Türk Dünyasının birliyinə verdiyi töhfələri yüksək qiymətləndiririk. Dövlətimizin və Prezidentimizin bu yöndə fəaliyyəti biz ağsaqqalların ürəyincədir və təbii ki, sözügedən istiqamətdə biz də fəaliyyət göstərməkdə maraqlıyıq. Vətəndaş cəmiyyəti olaraq bütün labüd imkanlardan istifadə edərək türk birliyinin inkişafına öz töhfəmizi verməyə, türk dünyasının tanınmış ziyalıları, siyasət adamları, eləcə də digər kateqoriyalardan olan nüfuzlu şəxsləri arasında əlaqələrin qurulmasına, inkişaf etdirilməsinə çalışırıq.
TAİB-in əsas hədəfi də Türk Dünyasının, türk dövlətlərin birliyinin möhkəmlənməsinə töhfə vermək, dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olacaq layihələr gerçəkləşdirməkdir. Bütün digər məsələlərdə olduğu kimi, türk birliyi yönündə Dövlətimizin həyata keçirdiyi siyasətin yanındayıq. Bu siyasət TAİB-in fəaliyyət proqramının əsas qayəsini təşkil edir”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR