" />

Heydər Əliyev Sarayında “Aprel döyüşləri”nin növbəti ildönümünə həsr olunmuş “ÜMİD GÜNƏŞİ” adlı ədəbi-bədii gecə keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Aprelin 4-də Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Azərbaycan Televiziyasının media tərəfdaşlığı, “Böyük Qayıdış” Gənclər Təşkilatının və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə Aprel döyüşlərinin növbəti ildönümünə həsr olunmuş “Ümid Günəşi” adlı ədəbi-bədii gecə keçirilib

Agsaqqallar.com xəbər verir ki, tədbirdə Türk Ağsaqqalları İctimai Birliyi – TAİB-in sədr müavini, diaspor üzrə araşdırmaçı Elnur Elturk də iştirak edib.

Ədəbi-bədii gecədə Aprel döyüşləri və Azərbaycan Ordusunun başlatdığı 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından söhbət açılıb. Qeyd edilib ki, Aprel döyüşləri qəhrəmanlarının açdığı cığır ilə irəliləyən oğullarımız onların missiyasını uğurla tamamlayaraq şanlı Qələbəmizi qazandılar. Aprel döyüşləri şəhidləri ilə çiyin-çiyinə döyüşən hərbi qulluqçular, vaxtilə onlarla posta çıxan əsgərlər öz silahdaşlarının qisasını Vətən müharibəsində aldıqlarını söyləyiblər. Həm aprel döyüşləri iştirakçıları, həm də Vətən müharibəsi qəhrəmanları ərazi bütövlüyümüzü bərpa edərək şəhid ailələrinin yaralarına məlhəm olduqlarını dilə gətiriblər.

Qeyd edək ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri olmaqla iki minə yaxın şəxs iştirak edib.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR