" />

Ramin Əhmədov: “Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında Heydər Əliyev Fondunun misilsiz xidmətləri var”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi -TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov öz Facebook səhifəsində paylaşım edib

Paylaşımı olduğu kimi təqdim edirik:

“Bu gün Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında son dövrlər kifayət qədər işlər görülür. Bu yöndə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusi əhəmiyyətə malikdir. Quba Soyqırımı memorial kompleksi də məhz Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Kompleksin açılışındakı çıxışında da azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində görülən işlərdən bəhs etmişdi:

“Azərbaycan dövləti və Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada soyqırımı kimi tanıdılmasında çox böyük işlər görür. Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında da Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. “Xocalıya ədalət!” kampaniyasının başlanması və uğurla davam etdirilməsində də Heydər Əliyev Fondu, bizim diaspor təşkilatlarımız və əlbəttə ki, Azərbaycan dövləti bir nöqtəyə vurur və artıq tədricən istədiyimizə nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada Xocalı soyqırımını soyqırımı kimi tanıyıb və bu proses davam etdirilir.

Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir”.

Quba Soyqırımı Memorial Kompleksi bu gün vətəndaşlarımız və ölkəymizə gələn xarici qonaqlar tərəfindən ziyarət olunur, soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsi ehtiramla yad edilir.”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR