Azərbaycanlılara qarşı soyqırımlar 100 ildən artıq davam edib – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi -TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov öz Facebook səhifəsində “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı paylaşım edib

Agsaqqallar.com R.Əhmədovun Facebook səhifəsindəki paylaşmını olduğu kimi təqdim edir:

“Təkcə mart- aprel qırğınlarıdırmı? Əlbəttə ki, yox. Azərbaycanlılara qarşı soyqırımlar 100 ildən artıq dövrdə davam edib. 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrlərdə torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, havadarlarının dəstəyi ilə süni şəkildə “erməni vilayətlərinin yaradılması”, azərbaycanlıların öz torpaqlarından qovulması kimi ağır proseslər tarixə yazılıb. Bütün bunlar isə azərbaycanlılara qarşı soyqırımlara şərait yaradıb.

1918-ci il 31 mart- 3 aprel qırğınlarına qədər tarix artıq 1905-1907-ci illərdə Bakıda və indiki Ermənistanın ərazisindəki Azərbaycan kəndlərində soydaşlarımızın kütləvi qırğınını görmüşdü.

Azərbaycanlılara qarşı soyqırım cinayətləri 1918-ci il mart- aprel qırğınları ilə yekunlaşmır. l Qarabağ müharibəsi dövründə də ermənilər azərbaycanlılara qarşı məhz etnik zəmində kütləvi qırğınlar həyata keçirdilər. Bu sırada Qaradağlı, Ağdaban, Ballıqaya, Başlıbel qırğınlarını və Xocalı soyqırımını göstərə bilərik.

ll Qarabağ müharibəsi dövründə Gəncənin, Bərdənin raketlərlə vurulması, dinc sakinlərin qətlə yetirilməsi də əslində xalqımıza qarşı bir əsrdən artıq müddətdə davam edən soyqırım siyasətinin tərkib hissəsidir.

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 2018- i il, yanvarın 18-də imzaladığı, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

Yeri gəlmişkən, onu da qeyd etməliyik ki, 1918-ci il mart-aprel qırğınları Cənubi Azərbaycan ərazilərində də qeydə alınıb.

Şəhid edilmiş soydaşlarımızın hər birinə Allahdan rəhmət diləyirik.”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR