Azərbaycan Türkiyədəki Böyük Dəbilqədə 17 cüdoçu ilə təmsil olunacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Martın 31-də Türkiyənin Antalya şəhərində start götürəcək Böyük Dəbilqə turnirinə qatılan Azərbaycan cüdoçuları bəlli olub

Agsaqqallar.com Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qardaş ölkədəki yarışda 17 idmançı mübarizə aparacaq.

60 kq-da Kəramət Hüseynov, Nazir Talıbov, 66 kq-da Orxan Səfərov, Yaşar Nəcəfov, 73 kq-da Hidayət Heydərov, Nurlan Osmanov, 81 kq-da Səid Mollayi, Zelim Tçkayev, 90 kq-da Məmmədəli Mehdiyev, Murad Fətiyev, 100 kq-da Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri və Camal Qamzatxanov tatamiyə çıxacaq.

Qadınlar isə 48 kq-dakı Leyla Əliyeva ilə Könül Əliyeva, həmçinin 52 kq-da Gültac Məmmədəliyeva və 57 kq-dakı Fidan Əlizadə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Böyük Dəbilqə aprelin 1-də başa çatacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR