TAİB-in Gənclər Təşkilatının təlimlərində iştirak edən fəallara sertifikat təqdim olunub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün TAİB-in mərkəzi ofisində birliyin Gənclər Təşkilatının birinci rübə dair yekun iclası keçirilib.

Tədbirdə təşkilatın sədr müavinləri Eyvaz Hünbətov, Şərafət Şəfa, İdarə Heyətinin üzvləri, sabiq dövlət qulluqçuları Nüsrət Paşayev, Zaməddin Həmişəyev, “Türk dünyası ağsaqqalları” qəzetinin redaktoru Əli Qarayev və Gənclər Təşkilatının üzvləri iştirak ediblər.

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi-TAİB Gənclər Təşkilatının 2022-ci ilin ikinci rübündən start verdikləri uzunmüddətli “Azərbaycanın türkçülük ideologiyasında gənclərin rolu: ideal yaxınlıq və mənəvi-əxlaqi prinsiplər” layihəsi çərçivəsində həyata keçirdikləri vikipediya təlimlərinin 2023-cü ilin birinci rüb təlimləri başa çatıb.

İclası açıq elan edən təşkilatın sədr müavini Eyvaz Hünbətov Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlu davamından danışaraq bildirib ki, bu gün gənclər fəallıqları ilə dövlətin etimadını qazanıblar.

“Möhtərəm prezidentimiz cənab İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyeva da hər zaman çıxışlarında gənclərimizin fəaliyyətindən razılıqlarını bildirmiş, onların öz potensiallarını ortaya qoya bilməsi və rifahı üçün hər cür şərait yaratmış, gənclərə diqqət və qayğıyla yanaşmışlar. Biz də dövlətin gündəmdə saxladığı prioritet məsələlərə önəm verərək vətəndaş cəmiyyəti olaraq, əhəmiyyətli tədbir, konfrans və layihələrlə dəstəyimizi verməyə çalışırıq. Əziz gənclər, sizlər öz fəaliyyətinizlə biz ağsaqqalların da etimadını doğruldur, işiniz və əməllərinizlə qürurlandırırsınız. Ona görə də biz, rəhbərlik və İdarə Heyətinin üzvləri TAİB-in Gənclər Təşkilatına geniş meydan verməkdə yanılmamışıq. Cəmiyyətdə passiv insanların maarifləndirilməsi, fəallaşması yönündəki bütün fəaliyyətinizi təqdir edir, sizlərə uğurlar arzulayırıq”- deyə E. Hünbətov vurğulayıb.

Digər iştirakçılar da öz çıxışlarında dövlətin həyata keçirdikləri Gənclər siyasətinin uğurlu inkişafından bəhs edərək bildirmişlər ki, TAİB Gənclər Təşkilatı bu siyasətin bir parçası olaraq hər zaman dövlətin onlara yaratdığı şəraitdən bəhrələnərək uğurla nəticələnən işlərə, layihələrə imza ataraq başqa gənclər təşkilatlarına nümunə olurlar.

Sonra söz alan Gənclər Təşklatının sədri, ictimai fəal Sübhan Xıdırzadə 2022-ci ilin ikinci rübündən start verdikləri uzunmüddətli “Azərbaycanın türkçülük ideologiyasında gənclərin rolu: ideal yaxınlıq və mənəvi-əxlaqi prinsiplər” adlı layihə çərçivəsində gördükləri işlərin, həyata keçirdikləri tədbir və təlimlərdən bəhs edib, uğurlarından danışaraq bildirib ki, fəaliyyətləri ilə nəinki Azərbaycandakı Gənclər Təşkilatlarının, eləcə də türkdilli ölkələrin Gənclər təşkilatlarının da diqqətini çəkə biliblər. Hazırda bir çox daxili, dörd türkdilli dövlətlərin gənclər təşkilatlarından əməkdaşlıq üçün müraciətlər gəlib.

Növbəti rüb üçün nəzərdə tutulan tədbir və təlimlərdən danışan GT sədri fəal gənclərə öz minnətdarlığını bildirərək qeyd edib ki, gənclərin üzvlərinin sayı artıq yüzü keçib.

Qeyd edək ki, TAİB və “Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə keçirilən vikipediya təlimlərində fəal iştirak edən gənclərə ənənəvi olaraq sertifikatlar təqdim olunub.

Bu rübdə də təlimlərdə fəal iştirak edən gənclər rəhbərlik tərəfindən sertifikatlarla təltif olunublar.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR