" />

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin (TAİB) sədri və üzvləri ilə görüş keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin (TAİB) sədri və üzvləri ilə görüş keçirilib.

Qonaqları qəbul edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı açılış nitqi ilə çıxış edib. O bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk dünyasına inteqrasiya ölkədə aparılan siyasətin əsas istiqamətlərindən biridir və Türk dünyası dövlətlərinin inteqrasiyası üçün bu gün daha əlverişli şərait yaradılıb. Dövlətlərarası iqtisadiyyat, mədəniyyət, təhsil, nəqliyyat və digər sahələr də daxil olmaqla əməkdaşlıq potensialı inkişaf etdirilir.
Daha sonra TAİB sədri, akademik Sudeif İmamverdiyev rəhbərlik etdiyi təşkilat adından İİTKM-ə təşəkkürünü bildirib. S.İmamverdiyev əlavə edib ki, son bir neçə il ərzində türk dövlətləri arasında beynəlxalq əməkdaşlıqla bağlı xeyli irəliləyiş əldə olunub və onun rəhbərlik etdiyi təşkilat bu proseslərə töhfə vermək arzusundadır.

TAİB-in fəaliyyətinə dair video təqdimatın ardınca təşkilatın sədr müavini Eyvaz Hünbətov çıxış edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ayhan Satıcı türk dünyasına inteqrasiya ilə bağlı görülən işlərdən danışıb.

Bundan başqa TAİB-in İdarə Heyətinin üzvü, Turan Elmlər Akademiyasının vitse-prezidenti Sabir Tağıyev, TAİB Qadınlar Şurasının sədri, tarix elmlər doktoru Güllü Yoloğlu, eləcə də TAİB Gənclər Təşkilatının sədri Sübhan Xıdırzadə çıxış ediblər.

Müzakirə zamanı Azərbaycanın “Türk Dünyası 2040 Vizyonu” mövzusunda keçirilən konfransa verdiyi töhfə və bu istiqamətdə aparılan işlərdən danışılıb.

Yekunda qurumlar arasında gələcəkdə qarşılıqlı əlaqələrin qurulması, eləcə də birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR