" />

Türk Ağsaqqalları Birliyi-TAİB sədri, akademik Sudeif İmamverdiyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ünvanlayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi-TAİB sədri, akademik Sudeif İmamverdiyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Ana adını uca tutan, fədakar, əzmli və mübariz Azərbaycan qadınları!

Bu gün sizin bayramınızdır!
Azərbaycan qadını hər zaman istər dövlət idarəçiliyində, istərsə də ölkənin ictimai-siyasi, sosial, mədəni, elmi həyatında fəal olmuş, mübarizlik simvoluna çevrilmişdir. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi tariximizin keşməkeşli səhifələrinə öz adını həkk etdirmişdir”.
Bildiyiniz kimi milli-mənəvi dəyərlərə və yüksək vətənpərvərlik keyfiyyətlərinə malik olan Azərbaycan qadını müstəqillik qazanılandan sonra böyük inkişaf yolu keçdi. Bu gün ölkəmizdə qadın siyasəti cənab prezidentimiz tərəfindən uğurla davam etdirilir, qadınlarımızın fəallıq nümayiş etdirmələri və hər bir sahədə layiqincə təmsil olunmaları üçün lazımi şərait yaradılıb. Ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nümunəvi, örnək fəaliyyəti Azərbaycan qadının zəkasının, mübarizliyinin, sadiqliyinin bariz nümunəsidir. Eləcə də, Birinci və İkinci Qarabağ müharibələrində döyüş meydanlarında böyük şücaət göstərən, alnımızdan qara ləkəni silib bizə Zəfər sevinci yaşadan şəhid, qazi və veteranlarımızın qəhrəman anaları, hansı ki, bu cür şücaətli, vətənpərvər oğullar böyüdüb tərbiyə ediblər, 44 günlük Vətən Müharibəsində onlar mətinlikləri, qürurları ilə bütün dünyanı heyrətə gətirdilər.

Mən təmsil etdiyim Türk Ağsaqqalları Birliyi-TAİB-in bütün üzvləri adından ölkənin birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla Azərbaycan xanımlarını, eləcə də bütün türk dünyasının xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, möhkəm can sağlığı, uğur və səadət arzulayıram!

Bayramınız mübarək, əziz qadınlar!

Hörmət və ehtiramla,

akademik Sudeif İmamverdiyev,
Türk Ağsaqqallar Birliyinin sədri”

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR