Azərbaycan Ordusunun dünən şəhid olan hərbçisi Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir.

Ağsaqqallar.com xəbər verir ki, vida mərasimi Yasamal rayonunda keçirilir.

Vida mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edir.

Mərasimdən sonra 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu ilə ikinci Şəhidlər xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Əlibəyli Şəhriyar Ramiz oğlu 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.

Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR