Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Manas Günü”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda martın 6-da “Manas Günü” təşkil olunacaq.

Agsaqqallar.com xəbər verir ki, tədbir çərçivəsində təşkilat tərəfindən Azərbaycan və Qırğız dillərində nəşr olunan tanınmış alim, şair Adil Cəmilin “Manas eposu və türk dastançılıq ənənəsi” adlı kitabının təqdimatı keçiriləcək.

Kitabda ümumtürk ədəbi-tarixi varisliyi kontekstində manasçılar və manasşünaslar, eyni zamanda türk dastançılığı ilə “Manas”ın ortaq motivləri kimi aktual ədəbi məsələlər tədqiqata cəlb olunub. Əsər Azərbaycanda “Manas” eposunun tədqiqinə həsr edilmiş ilk monoqrafiyadır.

Tədbirin bədii hissəsində “Manas” dastanından parçalar səsləndiriləcək, qırğız xalqının milli musiqiləri və mahnıları ifa ediləcək, mətbəx nümunələri təqdim olunacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR