" />

İğdırda Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İğdırda Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib

Bu barədə TAİB-in İdarə Heyətinin üzvü, “İğdır Azərbaycan Evi”nin rəhbəri Serdar Ünsal məlumat verib.

İğdırda Türkiyə -Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İğdır Azərbaycan Evi ilə birgə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirib

Tədbirdə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirildikdən sonra qətliamda həyatını itirən həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xocalı soyqırımından bəhs edən film nümayiş olunub.

Tədbir iştirakçıları bildiriblər ki, 26 fevral türk dünyası və Azərbaycan üçün ən ağrılı günlərdən biri olmaqla yanaşı, bəşəriyyət tarixi üçün tamamilə qara səhifədir. Ermənilərin Xocalıda törətdikləri qətliam əslində bütünlükdə dünya və bəşəriyyət üçün utancvericidir. Hər fürsətdə türkə qarşı düşmən mövqedə olan ermənilər 1992-ci il fevralın 26-da bunu əməlləri ilə bir daha sübut etmiş oldular. Dünya birliyi Xocalı həqiqətlərinin sadəcə izləyicisi olaraq qaldı. Biz Xocalı soyqırımını unutmamışıq, unutmayacağıq!
Tədbirdə həmçinin, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin ruhu da yad edilib.

Qeyd edək ki, sonda Xocalı faciəsi ilə bağlı təşkil olunmuş rəsm, hekayə, kompozisiya və şeir müsabiqəsində qalib gələn tələbələr mükafatlandırılıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR