" />

TAİB-in Gənclər Təşkilatının sədr müavini Daşqın Həsənov: “Bakı növbəti dəfə göstərdi ki, Qarabağda söz sahibi kimdir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in Gənclər Təşkilatının sədr müavini Daşqın Həsənov: 

“Bakı növbəti dəfə göstərdi ki, Qarabağda söz sahibi kimdir – Vardanyanın yola salınmasının arxasındakı Azərbaycanın qətiyyətli mövqeyi”

Ötən gün Xankəndidəki separatçı rejimin başçısı Araik Arutunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad etdi. Vardanyan Rusiyanın adamı idi və onu da oraya göndərən məhz Kreml idi. Moskva çox ehtimal ki, Vardanyanı Xankəndoyə Qarabağla bağlı gələcək planları üçün məqsədli şəkildə yerləşdirmişdi. Vardanyan Xankəndiyə gəldikdən sonra orada liderliyi ələ almağa və erməni əhalisi arasında özünə nüfuz qazandırmağa can atırdı. Erməni əsilli biznesmenin oraya yerləşdirilməsi əslində Ermənistanın da ürəyincə deyildi. Hətta onun Araiklə münasibətlərinin də heç də yaxşı olmadığı barədə erməni mediasında söhbətlər dolaşırdı.
Vardanyan Xankəndiyə yerləşdirildikdən sonra orada təşəbbüskarlığı ələ almağa can atırdı və gələcəkdə Azərbaycanla danışıqlarda özünü tərəf kimi görürdü. Ancaq Rəsmi Bakı isə onunla heç bir danışığın mümkün olmayacağını dəfələrlə bəyan etdi. Hətta ölkə prezidenti İlham Əliyev də buna münasibət bildirərək demişdi: “Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”.
Dövlət başçısının bu cür sərt xəbərdarlığından sonra Vardanyanı oraya yerləşdirən dairələr Azərbaycanın bu məsələdə nə qədər qətiyyətli olduğunu dərk etməyə başladılar. Və Azərbaycanın tərəf kimi Azərbaycanın onunla heç bir danışıq aparmayacağı hər kəsə bəlli idi. Ötən gün onun istefası da göstərdi ki, Qarabağla bağlı əsas söz sahibi də məhz Azərbaycandır. Bakının iradəsindən kənar hansısa planların baş tutacağı ehtimalı isə minumuma bərabərdir.
Vardanyanı istefa verməyə məcbur edən tərəfin Azərbaycan olduğunu orada yaşayan ermənilərdə çox yaxşı anlayırdı. Və həmin ermənilər də sonda gördü ki, bölgədə əsas söz sahibi Moskva və İrəvan yox, Rəsmi Bakıdır. İndi isə orada yaşayan ermənilər də şahidi oldu ki, əyər burada qalıb yaşamaq istəyirlərsə ilk növbədə Azərbaycanın irəli sürdüyü şərtləri qəbul etməlidirlər. Ölkə prezidentinin də dedi kimi, ya onlar Azərbaycan vətəndaşlığını qəbul edib bizim qanunlarımızla yaşamalıdırlar, ya da oradan çıxıb getməlidirlər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR