Özbəkistanlı qonaq Coğrafiya İnstitutunda olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistan Coğrafiya Cəmiyyətinin Qəyyumlar şurasının üzvü Nodir Arzikulov Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda olub.

Bu barədə institutdan məlumat verilib.

İnstitutun baş direktoru, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti Zakir Eminov rəhbərlik etdiyi qurumların yaranma tarixi, fəaliyyəti, əhəmiyyətli nəşrləri, tanınmış alimləri haqqında məlumat verib.

Dövlət nümayəndə heyətinin tərkibində Bakıya gələn qonaq Azərbaycanda olmasından məmnunluğunu bildirib. O, Özbəkistan Coğrafiya Cəmiyyətinin fəaliyyətindən danışıb, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Qonaq Zakir Eminovu mart ayında Özbəkistan paytaxtı Daşkənddə keçiriləcək Türk Coğrafiya Birliyinin təsis yığıncağına dəvət edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR