“Azərbaycan xalqı kütləvi olaraq qardaş Türkiyəyə kömək edir”- Elman Nəsirov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in İdarə Heyətinin üzvü, millət vəkili Elman Nəsirov:

“Yaxşı dost pis gündə tanınar. Amma pis gün də eyni olmur. Daha böyük fəlakətlər də var və belə anda qardaşlar daha yaxşı tanınır”.

Agsaqqallar.com xəbər verir ki, bunu parlamentin plenar iclasında millət vəkili Elman Nəsirov deyib.

O, əlavə edib ki, Azərbaycan Türkiyə qardaşlığı növbəti sınaqdan çıxdı: “Hətta Türkiyədə yaşanan faciənin özü belə dünyamızı birləşdirib. Bu gün BMT Türkiyədə yaşayan dəhşətli faciə fonunda dünya ölkələrinə müraciət edib ki, Türkiyəyə yardım edilsin. Bütün bunlar gözümüzün qarşısında baş verib. Azərbaycan xalqı kütləvi olaraq qardaş Türkiyəyə kömək edir”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR