Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstək

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Fevralın 6-si qardaş ölkədə baş vermiş dəhşətli zəlzələ bizi dərindən yaraladı. Çox təəssuf olsun ki, minlərlə insan bu zəlzələdə həlak oldu, yaralandı və ailəsini itirdi. Zəlzələnin yaratdığı fəlakət on şəhərin demək olar ki, tamamilə məhv olmasına, insanların evsiz qalmasına səbəb oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisədən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı: “Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildiririk”.
Sonuncu cümlə rəsmi başsağlığı məktublarındakı adi cümlə təsiri bağışlaya bilərdi – ortada real iş olmasaydı. Amma Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın bütün dövlət qurumları qardaş ölkəyə yardım üçün səfərbər olundu. Çünki Türkiyə hazırda çox ağır bir dönəmdən keçir. Azərbaycan Prezidentinin göstərişi ilə ilk olaraq Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti, xilasetmə avadanlıqları, tibbi heyəti, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıqlar, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və zərər çəkmiş əhali üçün humanitar yardım göndərildi.
Bundan əlavə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu da zəlzələ bölgəsinə iki təyyarə dolu humanitar yardım göndərdi.
Bakı başda olmaqla Azərbaycanın bir çox bölgələri də Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına qoşuldu. Ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlib, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verdilər.
Zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilməkdə davam edir. Xalqımız həmrəylik nümayiş etdirərək qardaş ölkəyə dəstək olur.

Seyla Baxşıyeva 

Nizami rayonunun fəal gənci 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR