Gədəbəy rayonunda “Bütöv Azərbaycan Naminə!” Türk Gənclərinin III Forumu baş tutub – FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in təşkilatçılığı ilə 9 Fevral 2023-cü il tarixində TAİB-in Gənclər Təşkilatı, Əbədi Birlik Gənclər İctimai Birliyi və Gədəbəy GKİM-in məkan dəstəyi ilə Gədəbəy rayonunda “Bütöv Azərbaycan Naminə!” Türk Gənclərinin III Forumu baş tutub.

Agsaqqallar.com xəbər verir ki, forum zamanı YAP Gədəbəy rayon Gənclər Təşkilatının sədri Anar Mammadov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin direktoru Kəramət Əsədov və mərkəzin əməkdaşları, Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev və idarə heyətinin üzvləri, Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatının sədr müavini Elgün Rüstəmli və idarə heyətinin üzvləri iştirak etmişdir.
Forum əsnasında Azərbaycan Respublikasının himni səsləndirilib, Şəhidlərimizin və Türkiyədə baş verən zəlzələ zamanı həlak olan qardaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Gənclər çıxışlarında Azərbaycana və türk dünyasına düşmən mövqedə olan Fransa və İrana qarşı sərt çıxışlar ediblər. İrandakı səfirliyimizə olan hücumu pisləyərək, Bütöv Azərbaycan naminə hər şeyə hazır olduqlarını vurğulayıblar.

Qeyd olunub ki, bu gün qardaş Türkiyədə baş verən fəlakəti ironiyaya, karikaturaya çevirən Fransa və bu şaxtada, fəlakət zamanında Türkiyəyə gedən qazı kəsən İran heç bir humanizmdən danışa bilməz!

Forum ərəfəsində hər iki təşkilatın nümayəndələri regionda olmaqlarına baxmayaraq, qardaş Türkiyəyə gedən yardım aksiyasına da qoşulublar.

Qeyd edək ki, gənclərin I forumu Tovuz, II forumu isə Qazax rayonlarında keçirilib. Regionun fəal gənclərinə sertifikatlar təqdim olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR