TAİB-in GT sədri Sübhan Xıdırzadə: ”Qardaş Türkiyə hər zaman öz vətəndaşına sahib çıxıb – Düşmən dəyirmanına su tökənlər”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türkiyə güclü, qüdrətli dövlətdir. Onun gücünü sarsıtmağa çalışan qüvvələr özləri də anlayırlar ki, onların antitəbliğatları sabun köpüyü kimidir. Hazırda qardaş ölkə gərgin günlərini yaşayır. Belə gündə antitəbliğat maşınını işə salıb, Türkiyəni gözdən salmağa çalışanlar insanlıqdan xəbəri olmayanlardır”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Gənclər Təşkilatının sədri Sübhan Xıdırzadə deyib.

O, bildirib ki, qardaş Türkiyədə baş verən təbii fəlakət bütün türk dünyasını sarsıdıb. İlk hərəkətə keçən, yardım əlini uzadan, hər zaman olduğu kimi yenə də Azərbaycan olub.

“ Möhtərəm prezidentimiz cənab İlham Əliyev zəlzələnin baş verdiyi ilk anlardan Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi və hər cür yardıma hazır olduğunu bildirdi. Hazırda 300-dən yuxarı xilasedicilər, həkim heyəti zəlzələ baş verən ərazidədirlər. Bütün Azərbaycan xalqı ayaqdadır. Soyuqda üşüyən, evsiz-eşiksiz insanlara, qardaş-bacılara yardım etmək üçün əllərindən gələni əsirgəmirlər. Bakıda və bütün rayonlarda izdiham yaşanır. Bu bir birlik nümunəsidir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə qardaş ölkəyə durmadan humanitar yardımlar göndərilir.
Xüsusilə qeyd etmək istəyirəm ki, Türkiyə dövləti səfərbərdir. Hakimiyyət öz vətəndaşına sahib çıxmaq üçün bütün gərəkən addımları atır. Əlaqədar qurumlar durmadan vəzifə borclarını, insanlıq borclarını yerinə yetirməyə çalışırlar”.

Sosial şəbəkələrdə Türkiyəni və eləcə də Azərbaycandan olunan yardımları gözdən salmağa çalışanlardan da söz açan gənc fəal onlara da mesajını verdi:
”Belə anları məqam bilənlər sadəcə tozdurlar. Çinlilərin bir yaxşı atalar sözü var. Deyir, qızıl palçığa düşsə də, qızıl olaraq da qalır. Ancaq toz göy üzünə də qalxsa belə, yenə də elə toz olaraq qalır. Xainin vətəni də olmur, vətəndaşlığı da”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR