TAİB GT-nın sədr müavini Daşqın Həsənov: “Bir millət, iki dövlət – Azərbaycan Türkiyənin yanındadır”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün səhər saatlarında Türkiyənin bir sıra şəhərlərində 7.7 bal gücündə güclü zəlzələ baş verib. Hazırda yeraltı təkanların qeydə alındığı yerlərdə axtarış-xilastmə tədbirləri davam etdirilir.

Faciə ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, dərin hüznlə başsağlığı verib və yaralananlara şəfa diləyib. Eyni zamanda ölkə başçısı ilkin olaraq Fövqəladə Hallar Nazirliyinin 370 nəfərlik heyətinin Türkiyəyə göndərilməsi barədə tapşırıq verib və çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüblər.

Dövlət qurumlarından əlavə Azərbaycan vətəndaşları da sosial şəbəkə hesablarında Türkiyədə baş verən hadisə ilə əlaqədar paylaşımlar edərək, türk qardaşlarımızın acılarına şərik olduqlarını bildiriblər.

Azərbaycan bu cür addım atmaqla, qardaş Türkiyə dövlətinin və xalqının yanında olduğunu bir daha göstərmiş oldu. Bütün bunlar “bir millət, iki dövlət” yenilməz gücünün fəlsəfəsindən irəli gəlir. Azərbaycan bundan öncə də həm Türkiyənin Van vilayətində baş verən zəlzələ ilə bağlı və həm də 2021-ci ildə Türkiyədə baş verən meşə yanğınları söndürülməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə göndərilmişdi. Həmin xilasedici qruplar meşə yanğınlarının söndürülməsi zamanı var gücləri ilə çalışmış və hətta aylarla qardaş türk xalqının dilində dastana çevrilmişdilər.

Bütün bu sadaladıqlarımızın hər biri iki ölkə arasında qardaşlıq münasibətlərinin dərin təzahürüdür. Azərbaycanla qardaş Türkiyənin dünyaya nümunə olan bu münasibətlərin yüksək inkişafı məhz hər iki ölkənin liderlərinin-İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən və düşünülmüş siyasətinin uğurlu nəticəsidir. Bu gün bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə bütün sevinclərini və kədərlərini birlikdə bölüşürlər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR