TAİB sədri: ”Gənclik-millətin inkişafının təməlidir- Vətən uğrunda canını fəda etmiş minlərlə gəncimizi də unutmuruq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün gənclərin bayramıdır. O gənclərin ki, hər iki cəbhədə Azərbaycanı zəfərə götürdü.

Qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətləri danılmazdır. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi, “Gənclər proqramı” prosesinin müvəffəqiyyətli həlli məhz ulu öndər Heydər Əliyevin xidmətləridir.

Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olaraq, xalqı arxasınca aparıb. Bu gün isə xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşib.

Gənclik hər bir millətin inkişafının təməlidir. Gənclərin vətənpərvər ruhda böyüməsi, cəmiyyət üçün yararlı vətəndaşa çevrilməsi üçün dövlətlə yanaşı biz ağsaqqalların da boynunda məsuliyyət yüküdür.

Dövlətimizin gənclərin potensial gücünü artırmaq üçün həyata keçirdiyi “Gənclər proqramı” uğurla davam edir. Onların gələcəyi üçün hər cür şərait yaradılıbdır. Bu yöndə misilsiz işlər görülür. Gənclərin Azərbaycan cəmiyyətindəki rolu, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, idmanda, təhsildə və digər sahələrdə qazandıqları uğurlar biz ağsaqqalların köksünü fəxrlə qabardır.

Hamımız bilirik ki, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və gələcəyinin etibarlı təminatı məhz gənclərimizdən asılıdır. Vətən uğrunda canını fəda etmiş minlərlə gəncimizi də unutmuruq.
Allah şəhidlərimizə rəhmət eləsin. Onların da bayramıdır. Şəhadətə yüksəlmiş bütün gənclərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır!

Əziz gənclər! Rəhbərlik etdiyim Türk Ağsaqqalları Arasında Əlaqələrin İnişafı İctimai Birliyinin bütün üzvləri adından bayramınızı təbrik edir, sizə bol-bol uğurlar arzulayırıq.

Hörmətlə,
akademik Sudeif İmamverdiyev,
TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü

 

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR