Ramin Əhmədov: “Həm təşkilatda, həm də Media Qrupda gənclərimizin özlərini isbat etmələri üçün hərtərəfli şərait mövcuddur”

TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Ahmedov:” Həm təşkilatda, həm də Media Qrupda gənclərimizin özlərini isbat etmələri üçün hərtərəfli şərait mövcuddur”
“Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olmasının, gənclərin hərtərəfli inkişafına göstərilən dəstəyin nəticəsidir ki, hər bir Azərbaycan gənci özünü müxtəlif sahələrdə sınamaqla uğurlarının sayını daha da artırır. Gənclərin bilik və bacarıqlarını nümayiş etdirdiyi məkanlardan biri də Missiya Media Qrupudur ki, burada çalışanların hamısı yaradıcı gənclərdən ibarətdir. Gənc qələm sahibləri ilə yanaşı Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in də sıraları genişlənib. Birliyin tərkibində Gənclər Təşkilatı yaradılıb ki, burada da gənclərimizin özlərini isbat etmələri üçün hərtərəfli şərait mövcuddur. Bir sözlə Missiya Media Qrupunda və həm də TAİB-in Gənclər Təşkilatının sıralarında Vətəninə, xalqına, dövlətinə və dövlətçiliyə bağlı, sağlam əqidəli gənclər fəaliyyət göstərir”.
Oxşar Xəbərlər
- Səfir: “Türkiyəyə yollanan ən böyük xilasedicilər qrupu Azərbaycandan olub”
- Azərbaycanın Gürcüstandakı Səfirliyi bu ölkədəki soydaşlarımızla birlikdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş videokonfrans keçirmişdir
- TAİB-in İntizam Komissiyasının sədri Nüsrət Paşayev açıqlama verdi: “Vətəndaş cəmiyyətində intizamlılıq vacib amildir- TAİB ötən ili nümunəvi başa vurdu”