Hulusi Kılıç: “Azərbaycan səfirliyinə edilən hücum Türkiyəyə hücumdur – İrana sərt ismarış!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ev sahibi olan ölkə diplomatik və konsulluq üzvlərinin müdafiəsinə cavabdehdir. Yəni İran Azərbaycan diplomatlarını qorumalıdır. Həmin məsələ 1961-ci il Vyana sözləşməsində açıq şəkildə əksini tapıb. Hücuma görə İran məsuliyyət daşıyır. İranda güclü kəşfiyyat təhlükəsizlik sistemi mövcuddur, Hücumun baş verməsini qəbul etmək mümkün deyil. Rəsmi Tehran terroru həyata keçirən, hücuma kömək edən hər kəsi ortaya çıxarmalıdır.

Azərbaycanın səfirliyi Azərbaycanın torpağıdır.
Yəni Azərbaycanın torpağına hücum edilib. 44 günlük Vətən müharibəsindən sonra rəsmi Tehranın fərqli davranışlar sərgilədiyini müşahidə edirik. Azərbaycanın tarixi zəfəri nədənsə İranı narahat edir. Sərhəddə təlimlər keçirməsini, İrəvanda baş konsulluq açmasını, Zəngəzur dəhlizi ilə bağlı etirazlarını və s. anlamaq mümkün deyil. İran Türkiyə ilə Azərbaycanın qonşusudur. Qonşuluq əlaqələrini davam etdirməlidir. İran ağlını başına yığmalıdır. Həm Türkiyə, həm də Azərbaycanla əlaqələrini normallaşdırmalıdır. İran unutmamalıdır ki, 15 iyul “Şuşa Bəyannaməsi” ilə Türkiyə-Azərbaycan bir millət, bir dövlətə çevrilib. “Şuşa Bəyannaməsi” bizə böyük güc verir. Azərbaycan səfirliyinə edilən hücum Türkiyəyə hücum kimi qəbul edilir, yaxud əksinə. Prezident səviyyəsində verilən açıqlamalar Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Azərbaycan yalnız deyil. İran sülh üçün səy göstərməlidir:
Rəsmi Tehranla problemimiz yoxdur. Amma görünür, İranın bizimlə problemi var. Hücumu edən bir nəfər deyil. Əlbəttə, arxasında dayanan şəxslər vardır. Onları da tutmaq, ortaya çıxarmaq gərəklidir.

Can Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunu şiddətlə və nifrətlə pisləyirəm. Yaralılara Allahdan şəfa diləyirəm, şəhidimizə Allah rəhmət etsin. Ailəsinə, Azərbaycan xalqına, millətimizə baş sağlığı verirəm!.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR