Orxan Əsgərovla vida mərasimi başa çatıb, cənazə İkinci Şəhidlər Xiyabanına yola salınıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanın İrandakı Səfirliyində törədilən terror zamanı şəhid olan Orxan Əsgərovla vida mərasimi başa çatıb.

Agsaqqqallar.com Trend-ə istinadən xəbər verir ki, şəhidin cənazəsi dəfn olunmaq üçün İkinci Şəhidlər Xiyabanına yola salınıb.

Xatırladaq ki, şəhid Orxan Əsgərov bu gün saat 12:00-da II Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Yanvarın 29-da isə yerli vaxtla 22:00 radələrində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını və səfirliyə hücum zamanı şəhid olan Orxan Əsgərovun cənazəsini gətirən təyyarə Bakıda Heydər Əliyev Hava Limanına eniş edib.

Eyni zamanda Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olmaqla 53 nəfər də Tehrandan Bakıya təxliyə edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR