Azərbaycan deputatları Qırğızıstana gedəcəklər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Müşfiq Məmmədli, Əli Məsimli və Cavanşir Feyziyev yanvarın 30-da Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Deputatlar Azərbaycanla ilə Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş bir sıra tədbirlərdə iştirak edəcəklər.

Səfər çərçivəsində Milli Məclis üzvlərinin Qırğız Respublikası Parlamentinin (Joqorku Keneşinin) sədri, Parlamentin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun üzvləri, ölkənin Nazirlər Kabineti sədrinin müavini, İqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri ilə görüşləri nəzərdə tutulub.

Səfər fevralın 3-də başa çatacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR