" />

Türkiyənin Rusiyadakı səfiri İrandakı səfirliyə silahlı hücumla bağlı başsağlığı verib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumla bağlı başsağlığı verib.

Agsaqqallar.com “Report”a istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinə gələn Mehmet Samsar ölkəsinin dəstəyini çatdırıb.

Keçirilmiş görüş zamanı səfir Polad Bülbüloğlu türkiyəli həmkarına məlum hücum haqqında ətraflı məlumat verib, bunun terror aktı olduğunu vurğulayıb, İran dövlətinin faciə ilə bağlı tam məsuliyyət daşıdığını bildirərək, diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğunu söyləyib.

Azərbaycanın səfiri xüsusilə vurğulayıb ki, Orxan Əsgərov Moskvadakı səfirliyimizdə xidmət edib və onu şəxsən tanıyırdı. Yaralananlar: Mahir İmanov və qəhrəmanlıq göstərərək terrorçunu zərərsizləşdirən Vasif Tağıyev də Rusiyadakı səfirlikdə çalışıblar.
Mehmet Samsar türkiyəli diplomatların da tarixən dəfələrlə terror hücumlarına məruz qaldıqlarını vurğulayıb, faciə ilə əlaqədar sarsıldıqlarını bildirərək ölkəsinin hücumu qətiyyətlə pislədiyini qeyd edib. Türkiyə səfiri qətlə yetirilmiş Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralanan Vasif Tağıyev və Mahir İmanova isə şəfa diləyib.

Həmçinin görüşdə sözügedən terror hücumunu təşkil edən və törədənin layiqli cəzalarını ən sərt şəkildə alacaqlarına əminlik ifadə edilib.
Polad Bülbüloğlu göstərdiyi mənəvi dəstəyə görə Mehmet Samsara, Türkiyə dövləti və xalqına təşəkkürünü bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR