İstanbulda Ərdoğan Muzeyi açılacaq

Yazı fontunu küçültür Yazı fontunu büyütür

İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın Muzeyi açılacaq.

Agsaqqallar.com xəbər verir ki, muzey, Türkiyə prezidentinin həyatının ilk illərini keçirdiyi şəhərin Avropa hissəsində, Haliçin şərq sahilində, Kasımpaşa rayonunda yerləşəcək.

Muzeydə Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminənin həyatlarının müxtəlif anlarını əks etdirən fotoşəkillər və video görüntülər sərgilənəcək. Xüsusilə, Türkiyə liderinin BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyinə eyham vuraraq “dünya beşdən artıqdır” dediyi BMT-dəki çıxışının səs yazısını nümayiş etdirəcəklər.

Muzeyin 2023-cü il iyunun 18-də keçiriləcək seçkilərə qədər fəaliyyətə başlaması planlaşdırılır

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR