" />

TAİB-in üzvü, tanınmış həkim, şair-publisist Zakir Əliyev: “Ümidvaram ki, TAİB 2023-cü ili də böyük uğurlarla başa vuracaq”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Vətəndaş cəmiyyətinin inkişafına, bu sektora dövlət qayğısının göstərilməsi hər zaman ölkə başçımızın diqqət mərkəzində olmuşdur. TAİB yarandığı gündən dövlətə dəstək olmaq, türk tarixinin qorunması, türk birliyinin inkişafı, gənclərin vətənpərvər ruhda formalaşması üçün əhəmiyyətli layihələr, tədbirlər həyata keçirir. Biz də el ağsaqqalları olaraq öz dəstək və tövsiyyələrimizi verməyə çalışırıq. Ötən ilimiz çox məhsuldar oldu”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in üzvü, tanınmış həkim, şair-publisist, Türk Dünyası Yazarlar Birliyinin, AYB, AJB-nin, Ukrayna Yazıçılar və Jurnalistlər Akademiyasının fəxri üzvü, bir neçə kitabın müəllifi, 40-dan çox mükafata layiq görülmüş dəyərli ağsaqqalımız Zakir Əliyev deyib.
O, bildirib ki, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İB-i aktiv fəaliyyəti ilə nümunədir.

“Bütün türk dünyasının seçilən ağsaqqallarını, ziyalılarını birləşdirən, fəaliyyəti ilə öndə olan bu təşkilatda təmsil olunmaqdan qürur duyuram. Ümidvaram ki, TAİB 2023-cü ili də böyük uğurlarla başa vuracaq. Biz ağsaqqallar səfərbərik, bütün işlərdə daha fəal olmağa çalışacağıq. Gənclərimizə mayak olacağıq! Türk dünyasına xidmət amalımızdır!” – deyə TAİB üzvü bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR