" />

“TAİB-in inkişafı ölkədə Vətəndaş Cəmiyyətinə yaradılmış unikal imkanlardan qaynaqlanır” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşib. Gənclərimiz isə məxsusi fəallıqları ilə seçilirlər. Biz bunu Laçın-Xankəndi yolundakı dinc aksiyada daha amadə görürük”.
Bu sözləri TAİB-in təsisçisi, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov təşkilatın fəaliyyəti barədə Agsaqqallar.com saytına danışarkən deyib.
O, bildirib ki, təşkilat ötən ili böyük uğurla başa vurub. Türkdilli ölkələrdə və Azərbaycanın regionlarında keçirilən bütün layihələr dövlət əhəmiyyətli və təbliğat xarakterli, maarifləndirici olub.
“Birliyimizin tərkibində yaradılmış Gənclər Təşkilatı və Qadınlar Şurasının da fəaliyyəti təqdirəlayiqdir. Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi olaraq bir çox türkdilli dövlətlərin ziyalı, tanınmış ağsaqqalları ilə əlaqələrimiz genişlənib. Eləcə də, Qadınlar Şurası və Gənclər Təşkilatının da bu dövlətlərdən yetərincə üzvləri var. 2023-cü il üçün də artıq tədbirlər planımız hazırlanıb. TAİB-in inkişafı ölkədə Vətəndaş Cəmiyyətinə yaradılmış unikal imkanlardan qaynaqlanır. Hədəflərimiz böyükdür”.
TAİB-in gənclərinin fəaliyyətindən və həyata keçirdikləri layihələrdən fəxrlə danışan təşkilatın təsisçisi söhbət əsnasında Şuşada keçirilən dinc aksiyaya da toxunub.
“Artıq bir aya yaxındır ki, Vətəndaş Cəmiyyətinin təşəbbüsü ilə Laçın-Xankəndi yolunda “Ekoloji terrora son!” adı altında keçirilən dinc aksiyada bizim təşkilatımızın gəncləri davamlı olaraq, fəal iştirak edirlər. Ağsaqqal üzvlərimiz də aksiyaya qoşulmaqda maraqlıdırlar. Azərbaycanın dövlət qurumları sərbəst şəkildə öz torpağımızda monitorinq aparmalıdırlar. Biz sona qədər mübarizə aparacağıq. Vətəndaş Cəmiyyətinin bütün üzvlərinə uğurlar arzulayırıq!”-deyə Ramin Əhmədov bildirib..
Qeyd edək ki, TAİB-in bir illik fəaliyyəti “Türk dünyası agsaqqalları” qəzetinin yanvar buraxılışında hesabat şəklində dərc olunacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR