“Vikipediya” üzrə təlimlərə start verildi: Gənclər maraqlıdırlar ki…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Əbədi Birlik” Gənclər İctimai Birliyi və Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) təşkilatçılığı və “Qorqud” Vikipediya Metodiki Klubunun dəstəyi ilə “AzViki-Təlimləri” layihəsi davam edir.

Bu barədə Teleqraf.com-a Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi TAİB-in sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk danışıb.

Onun sözlərinə görə, təlimlərdən belə nəticəyə gəlmək olur ki, gənclərimiz “Vikipediya”da fəaliyyət göstərməyə böyük üstünlük verirlər:
“Artıq “Vikipediya” ölkədə böyük populyarlıq qazanıb. Gənclər müxtəlif mövzularda ətrafında məqalələr yaratmağa üstünlük verirlər. Həmçinin, könüllülərimiz “Vikipediya”da məqalələrin yaradılması və zənginləşdirilməsinin onlar üçün elmi-biliklərin formalaşmasına müsbət təsirləri olacağını dərk edirlər.

Təlimlərin məqsədi gənclərə “Vikipediya” barədə ətraflı məlumat vermək, onları bu onlayn ensiklopediyanın iş prinsiplərinə, “Vikipediya”nın təhsil məqsədləri üçün istifadə edilməsinə dair məlumatlandırmaqdır.

İkinci mövzu “Vikipediyada şəxs haqqında məlumatların və istinadların yerləşdirilməsi olub. Təlim “Viki Klub”, “Viki-mən” və “Vikidüşərgə 2022” layihələrinin iştirakçısı Qədir Quliyev tərəfindən keçirilib”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR