Türk dünyası geosiyasi mərkəzə çevrilir” – Çavuşoğlu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Problemlərlə mübarizə apararkən, fürsətlərdən də yararlanırıq. Türk Dünyası geosiyasi mərkəzə çevrilir. Yüksələn türk dünyası reallığı var. Məqsədimiz türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasıdır. Sədrliyimiz dövründə Türk Dövlətləri Təşkilatını beynəlxalq təşkilata çevirdik. Biz noyabrda Səmərqənd Sammitində bunun hüquqi infrastrukturunu tamamladıq. Biz 5 illik Strategiya Sənədini qəbul etdik. TÜRKPA, Türksoy, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunu Təşkilatın çətiri altında toplamaq qərarına gəldik”.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Ankarada ilin yekunlarına dair mətbuat konfransı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Biz Türkiyə İnvestisiya Fondunun prezidentini təyin etmişik. Quruluş işləri davam edir. Azərbaycanla birlikdə ticarət və nəqliyyat nazirlərimizin iştirakı ilə üçtərəfli formatlar yaratdıq”, – deyə türkiyəli nazir bildirib.

Çavuşoğlu qeyd edib ki, bu il Avazada keçirilən Türkiyə-Azərbaycan-Qazaxıstan, Türkiyə-Azərbaycan-Özbəkistan Nazirlər Toplantıları və Türkiyə-Azərbaycan-Türkmənistan Zirvə Toplantısı tarixi hadisələrə çevrildi: “Biz Qazaxıstanla əlaqələrimizi Genişləndirilmiş Strateji Tərəfdaşlıq, Özbəkistanla isə Hərtərəfli Strateji Tərəfdaşlıq səviyyəsinə qaldırmaqla əlaqələrimizi gücləndirdik”, – deyə Çavuşoğlu vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR