“Heç bir qüvvə xalqlarımızın əzəli dostluğuna təsir edə bilməz” – Özbəkistan prezidenti

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Qaraqalpaqstanın nailiyyətləri bütün Özbəkistanın uğurlarıdır. Bu ideya bizim üçün həmişə əməli fəaliyyət proqramı olub və bundan sonra da belə olacaq”.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Özbəkistan prezidenti Şavkat Mirziyoyev Ali Məclisə və özbək xalqına müraciəti zamanı deyib.

“Qaraqalpaqstanda baş verən hadisələr özbək xalqını çox üzdü. Bizim məqsədimiz Özbəkistanda birgə fəaliyyətimizlə hərtərəfli inkişaf etmiş, rahat və firavan yeni Qaraqalpaqıstanı qurmaqdır. Heç bir qüvvə xalqlarımızın əzəli dostluğuna təsir edə bilməz. Çünki bizim bir keçmişimiz, bir indimiz və bir gələcəyimiz var!”, – deyə Mirziyoyev bildirib.

Özbəkistanın Ali Məclisinə və xalqına müraciətlə çıxış edən Mirziyoyev konstitusiya islahatları mövzusuna da toxunub.

“İlk növbədə insan, sonra cəmiyyət və dövlət prinsipi Konstitusiyada, o cümlədən qanunlarda, gündəlik həyatımızda dərindən təsbit edilməlidir. Biz milli dövlətçiliyi daha da gücləndirməliyik. Bu möhkəm təməl sayəsində biz bu günün ciddi sınaqlarından və təhdidlərdən səmərəli şəkildə çıxa bilirik”, – deyə Özbəkistan lideri vurğulayıb.

“Müzakirələr və debatlar davam edir. Bu günə kimi 220 mindən çox təklif daxil olub. Vətəndaşların səsləndirdiyi bütün təklif və istəklər nəzərə alınacaq, Konstitusiya layihəsi ümumxalq səsverməsinə çıxarılacaq. Özbəkistanda nazirlik və idarələrin sayı 61-dən 28 endiriləcək. Dövlət qulluqçularının sayı mərhələli şəkildə 30-35 faiz ixtisar ediləcək. Qənaət olunan vəsait sosial məsələlərin həllinə sərf olunacaq”, – deyə Mirziyoyev qeyd edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR