" />

TAİB GT sədri Sübhan Xıdırzadə: ” “Əbədi Birlik” GİB-in sədri Şahin Əliyevlə müzakirələr aparılır – Ortaq layihələrin perspektivləri”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türk Ağsaqqalları Birliyinin yeni yaranmış Gənclər Təşkilatının üzvlərinin sayı sürətlə artmaqdadır. TAİB-in İdarə Heyətinin üzvləri olan nüfuzlu, müdrik ağsaqqallarımızın tövsiyyələri işlərimizin, layihələrimizin uğurla nəticələnməsinə təkan verir. Başqa gənclər təşkilatlarının da birgə əməkdaşlığa müraciətləri bizi daha böyük layihələrə imza atmağa sövq edir”.

Bunu jurnalistlərə açıqlamasında TAİB-in Gənclər Təşkilatının sədri Sübhan Xıdırzadə deyib.

O, bildirib ki, son günlər qardaş təşkilat “Əbədi Birlik” GİB belə bir təşəbbüslə çıxış edib.

“Əbədi Birlik” GİB -in sədri Şahin Əliyevlə müzakirələr aparılıb, hər iki təşkilat mərkəzi ofisdə toplaşaraq əməkdaşlığa dair saziş imzalayıb.

“Qardaş təşkilat “Əbədi Birlik” GİB -in sədri Şahin Əliyevlə birgə hər iki birliyin Gənclər Təşkilatının İdarə Heyətini toplayaraq ortaq layihələrin müzakirəsini apardıq və birgə ilk işimiz Vikipediya təlimlərinə başlamaq oldu. İkinci layihəmiz isə maliyyə sektorunun işi ilə bağlıdır. Ümumiyyətlə, bütün layihələrimiz maarifləndirmə, milli irsin qorunmasına və türk birliyinin inkişafına yönəlikdir”.

TAİB GT sədri onu da vurğulayıb ki, hər iki birliyin Gənclər Təşkilatı yeni ildə bir neçə ortaq layihənin icrasına başlayacaq:”Ümidvarıq ki, ağsaqqalların xeyir-duasıyla, tövsiyyələri ilə həyata keçirəcəyimiz bütün layihələr türk birliyinin inkişafına dəstək olacaq və uğurla nəticələnəcək”.

Qeyd edək ki, TAİB -in Gənclər Təşkilatı 2022-ci ilin ikinci yarısında artıq iki qısamüddətli layihəyə və Vikipediya təlimlərinə uğurla yekun vurub, yeni layihələrin icrasına start verib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR