" />

TAİB-in GT üzvü Leyla Əliyeva: “Türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi məqsədilə yaradılmış ictimai birliyin gənc üzvü olmaq qürurvericidir”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

TAİB-in GT üzvü Leyla Əliyeva:
“Türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi məqsədilə yaradılmış ictimai birliyin gənc üzvü olmaq qürurvericidir”

“Universitet illərindən bu günə kimi daima inkişaf etməyə meyilli biri olmuşam və bu səbəbdən bir sıra təcrübə, könüllülük proqramlarında, ixtisasımla bağlı praktiki məşğələlərdə iştirak etmişəm. Bu gün də eynilə universiteti yeni bitirən bir gənc olaraq, nəinki ölkəmizdə, eləcə də türk dövlətlərində kifayət qədər səs-küy salan, ölkəmizin adət-ənənələrini qarşılıqlı şəkildə türk dövlətlərinə çatdıran Türk Ağsaqqalları Birliyinə daxil olan Gənclər Təşkilatının üzvüyəm”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in Gənclər Təşkilatının üzvü, Missiya.Tv-nin aparıcısı Leyla Əliyeva deyib.

O, bildirib ki, məndə bu həvəs hardan yarandı deyə soruşsanız, kaş sizin də ağsaqqallarımızın keçirdiyi maarifləndirici iclaslardan birində iştirak etmək şansınız olardı deyərdim.

“Çünki hər şeyi ən ali səviyyədə, yetəri qədər həyat təcrübəsi olan məhz ziyalı ağsaqllarımızdan öyrənə bilərik. Şansınız olsaydı deməyimə baxmayın, artıq mənim kimi neçə gəncə TAİB birliyinə üzv olma şəraiti yaradılıb. Və qarşıda hansı yeni layihələr irəli sürə, həyata keçirə bilərik – deyə düşünürük. Əgər bir ölkənin ziyalı ağsaqqalı bu yaşında belə əzmlə, yorulmadan çalışırsa, Azərbaycanın səsini daha geniş çevrəyə çatdırma potensialına sahibdirsə, o zaman biz gənclər nəyi gözləyirik? Biz gənc nəsil də ağsaqqallardan öyrənib onların yolunu davam etməliyik”

Belə bir fürsəti onlara verən, öz potensiallarını ortaya qoymağa geniş imkanlar yaradan TAİB rəhbərliyinə öz təşəkkürünü bildirən TAİB-in gənc üzvü onu da vurğulayıb ki, təşkilata üzv olmaq istəyən gənclərin durmadan artdığını qeyd edib, yeni üzv olan digər gənclərə də uğurlar arzulayıb. “Bu müqəddəs, şərəfli yolda yolumuz açıq olsun, gənclər!”-deyə L. Əliyeva Gənclər Təşkilatına uğur diləyib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR