" />

TAİB-in Gənclər Təşkilatının sədri İranın Türk qorxusundan danışdı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Türkiyə və Azərbaycanın regiondakı gücü görünür İranı narahat edir. Əsrlər boyu regionu idarə etmiş Türklər idarəçiliyi altında olan hər bir millətin dininə, inancına daima hörmət etmiş və asimilyasiya etməmişdir. Təəssüflər olsun ki, hər kəs bizlər qədər humanist olmur!

İran 1925-ci ildən fars dövləti kimi idarə olunur və digər xalqların hüquqları kobudcasına pozulur. 40-milyondan çox Türkün öz ana dilində təhsil ala biləcəyi bir ibtidai sinifi belə yoxdur”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Türk Ağsaqallar Birliyinin Gənclər Təşkilatının sədri Sübhan Xıdırzadə deyib.

O, bildirib ki, ərazi vahidlərinin adları dəyişdirilir, Türk gənclər daima təqibə məruz qalır və müxtəlif bəhanələrlə farslaşdırma siyasəti ilə ölkədə Türkçülüyü məhv etməyə çalışırlar.

“Bəs niyə!? Onlar yaxşı bilir ki, Türklər kölə edilməyəcək bir millətdir və əvvəl-axır öz haqqlarını geri alacaqlar. Ona görə də hər yola əl atırlar. Lakin, belə etməklə əslində öz sonlarını hazırlayırlar. Çünki, Güneyli qardaşlarımız onlara qarşı olan zülümə əsla susmayan, azadlığı hər şeydən üstün tutan, asimilyasiyaya boyun əyməyən Türk oğlu Türklərdir!”

Sübhan Xıdırzadə onu da qeyd edib ki, tezliklə son çırpınışlarını edən İran öz terror əməlləri, narkotik ticarəti və islama düşmənçiliyi ilə tarixin qara səhifələrinə həkk olunacaqlar.

Qeyd edək ki, TAİB-in Gənclər Təşkilatının üzvlərinin sayı durmadan artır. İctimai fəal, türkçülüyü sevən və Türk birliyinin möhkəmlənməsi üçün mübariz olan yüzə yaxın gənc üzvlük üçün müraciət edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR