İran regionda sabitliyi pozur, separatçılığı dəstəkləyir – Yəmənli nazir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“İran regionda sabitliyi pozmaq üçün Husi üsyançılarından istifadə edir”.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Yəmənin informasiya, mədəniyyət və turizm naziri Müəmmər əl-İryani deyib.

İryani bildirib ki, ABŞ-ın Oman körfəzində İrandan Yəmənə külli miqdarda partlayıcı daşıyan gəmini saxlaması Tehran administrasiyasının beynəlxalq hüququ pozaraq husilərə silah tədarükünü artırmağa davam etdiyinə işarədir.

“ABŞ və Yəmən donanması İrandan Yəmənə silah, ballistik raketlər və pilotsuz uçuş aparatlarının yaradılmasında istifadə edilən maddələri daşıyan gəmiləri dəfələrlə saxlayıb. Lakin beynəlxalq ictimaiyyət bu hadisələrlə bağlı Tehran administrasiyasına qarşı heç bir addım atmayıb”, – İryani vurğulayıb.

“Tehran hakimiyyəti Yəməndəki müharibənin uzadılmasında və son illərdə atəşkəs səylərinin pozulmasında mühüm rol oynayıb. İran husilərdən qonşu ölkələrə qarşı destruktiv siyasətini həyata keçirmək məqsədi ilə bundan bir vasitə kimi istifadə edir”, – deyə İryani vurğulayıb.

Yəmənli nazir BMT və beynəlxalq ictimaiyyəti İran və husilərin regionda sülhü təhdid edən hərəkətlərinin qarşısının alınmasına yönəlmiş öhdəliklərini yerinə yetirməyə çağırıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR