Azərbaycanlılar Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan diasporunun nümayəndələri Fransa Senatının qarşısında etiraz aksiyası keçirirlər.

Agsaqqallar.com “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçıları Azərbaycan əleyhinə qətnamənin müzakirəyə çıxarılmasına etiraz edirlər.

Onlar senatorları qətnaməni qəbul etməməyə çağırırlar.

Azərbaycan diasporunun üzvləri Fransa Senatından Azərbaycana ədalətli münasibət tələb edirlər.

Aksiyada “Biz ədalət istəyirik!”, “Fransa neytral ol!”, “Senat ədalətli ol!”, “Fransa ədalətli, düzgün ol!” və başqa şüarlar səsləndirilir.

Əraziyə polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, bu gün Fransa parlamentinin yuxarı palatasında ermənipərəst qətnamənin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl Senatın 6 üzvü Azərbaycana qarşı ittihamları özündə əks etdirən, Fransa hökumətini və digər Avropa İttifaqı ölkələrini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə təklif edib.

Azərbaycanlılar Fransa parlamentinin yuxarı palatasında baxılmaq üçün təklif olunan anti-Azərbaycan qətnaməsi ilə bağlı Fransa Senatına və xalqına müraciət olaraq petisiya əsasında imza toplayıblar.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR