" />

Suriya Türkmən Doktorlar Birliyinin sədri professor dr. Muhtar Fateh Bəydili TAİB-in Özbəkistan səfəriylə bağlı açıqlama verib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Muhtar Fateh Bəydili: “TAİB-in Özbəkistanda Zəfər bayramı münasibətilə keçirdiyi konfransı sosial şəbəkələrdən addım-addım izlədim. Türk dünyasında böyük rezonans doğuran tədbir Orta Asiyadan türk birliyinin dünyaya verdiyi “Birlik” mesajıdır”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında Suriya Türkmən Doktorlar Birliyinin sədri, TAİB-in İdarə Heyətinin üzvü professor dr. Muhtar Fateh Bəydili deyib.

O, bildirib ki, Türk xalqları arasında milli-mənəvi bağların möhkəmlənməsində TAİB-in özünəməxsus rolu var. Və təşkilatın daha geniş sferadan çıxış etməsi üçün təşkilatın türkdilli ölkələrdəki üzvlərinin də aktiv olmaları əsas şərtlərdən biridir.

“Bu gün təşkilatın üzvləri olaraq bizim türk xalqlarının tarixi və mədəni irsinin araşdırılmasında, eləcə də dərin köklərə malik olan ənənələrin gələcək nəsillərə ötürülməsində iştirakımız vacibdir. Sədrimiz akademik Sudeyif İmamverdiyev, həmsədrimiz, tanınmış diplomat Hulusi Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistandakı uğurlu və əhəmiyyətli səfəri dünya türklərinin ümidlərini bir daha doğrulmasına təkan verir”.

TAİB-in təsisçisi Ramin Əhmədova belə bir təşkilat yaratdığı üçün bir daha minnətdarlığını ifadə edən TAİB üzvü uğurlu səfərdən fərəhləndiyini bildirib, gələcək səfərlərdə nümayəndə heyətinin tərkibində olmaq istədiyini dilə gətirib.

“Suriya türkmənləri adından bir daha doğma Azərbaycanımızı Zəfər Bayramı münasibətilə təbrik edir, doğma elimizə türkmən qardaşlarımızın atəşin salamlarını yetiririk” – deyə Muhtar Beydili vurğulayıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR