Rüfət Əliyevin şeir dünyası

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qiymətlim!

Dünya bir olsa verməm səni heç kimə,
Ölsəm belə, verməm səni Əzrailə,
Cahanı versələr belə mənə,
Dəyişmərəm səni heç nəyə.

Dəyərlisən, amma qiymətin ölçüsüz
Yerişin gözəl, yaraşığın meyarsız
Baxışın ceyran baxışı, gözlərin bənzərsiz
Könlün incə, qəlbin kinsiz
Nə olar aç ürəyinin aynasını
Şans ver, yaşat sevdamızı
Əl ver, birgə addımlayaq həyat cığırında.

———–

Gülüm

Nə olar, asma üzünü, gülüm
Dərd çəkmə, etmə özünə zülüm
Qaldır başını, israf etmə gözəlliyi
Qərq etsin cahanı sənin şəfəqin
Qoy soyuq könüllərin içi isinsin
Yetər ki, sən üzünü asma, gülüm…
Ürkək baxışlı, nur sifətli gülüm
Min qönçənin içində tək olan gülüm.

*****

 

Eşq

Aşiq olub buludlar mavi asimana,
Aşiq olub payız qızıl xəzana
Vurulub şair öz qələminə
Dəyər verir arı öz qönçəsinə
Səcdə edir bəndə öz Allahına
Yaraşır zümrüd meşələr öz təbiətinə.
Fədai olur pərvanə parlaq işığına,
Eşq budur, dəyər versən arı tək öz qönçənə
Eşq budur fədai olursan nur sifətinə.
Eşq budur qiyməti çox, ancaq ölçüsüz,
Eşq budur eşq ilə yanan saf qəlblərə məxsus.

Əliyev Rüfət,
Suraxanı rayonu, 101 nömrəli tam orta məktəb, 9-cu sinif şagirdi

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR