İran rejiminin terror planları – Azərbaycanın tır sürücüləri hədələndi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanın İrana qarşı verdiyi mesajlar molla rejimini sanki yuxudan oyadıb. İranın təhdidləri və təxribatlarına qarşı son vaxtlar Azərbaycan telekanallarında verilən mesajlar, XTQ-nin cənub sərhədlərimə yaxın bölgədə həyata keçirdiyi hərbi təlim və son olaraq zəfər günü münasibətilə dövlət başçısı İlham Əliyevin “Bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz” sözləri də birbaşa İranın ünvanına səsləndirilmiş mesaj idi. Çünki düşmən ölkə Ermənistana dəstək məqsədilə təlim keçirən yalnız İrandır.

Rəsmi Bakının İrana qarşı mesajları Tehran rejimini ciddi narahat edib. İndi mollalar Azərbaycana qarşı mənfi münasibətlərini bir kənara qoymaq əvəzinə daha da azğınlaşaraq ölkəmiz əleyhinə təxribat xarakterli fikirlərini get-gedə artırmağa başlayıblar. Ötən gün İranın “Səhər” telekanalı yenə Azərbaycanın Bakı, Şirvan Şəkini “Böyük İran”ın şəhərləri kimi qələmə verdi. Hətta Azərbaycan şairi Nizami Gəncəvini belə həmin dövrdə coğrafi ad kimi mövcud olmayan “İran şairi” kimi təqdim etdilər. İranın bu cür addımlar atmasına baxmayaraq reallığı dəyişdirmək mümkün deyil. Bakı da, Şirvan da, Şəki də bizim əzəli torpaqlarımız və Nizami Gəncəvi də Azərbaycanın qədim şairidir. Bu cür uydurma yalanları biz həmişə daha çox Ermənistandan görürdüksə, indi artıq İran da bu yola əl atmağa başlayıb. Burada bir atalar sözünü xatırlatmaq yerinə düşür: “Atı atın yanına bağlasan həmrəng olmasa da həmxasiyyət olacaq”. Görünən odur ki, İran da indi qardaşı Ermənistanın yolunu getməyə başlayıb.

Çox ehtimal ki, İran bundan sonra da bu cür addımlarını atmağa davam edəcək, hətta deyərdim ki, bunu daha da çoxaldacaq. Bu gün sosial şəbəkələrdə bir videoya rast gəldim. Orada danışan iki iranlı Azərbaycan əleyhinə təxribat xarakterli yox, terror düçüncəsi ilə fikir səsləndirdilər. Həmin vətəndaşlar Azərbaycana qarşı bu fikri səsləndirir: “Biz noyabrın ayının 15-i saat 3-də Araz çayı sahilində Naxçıvandan İran ərazisi vasitəsilə Bakıya gələn tır sürücülərinin önünü kəsərk onları bıçaq və silahla öldürəcəyik. Noyabrın 16-ı isə Tehrandakı Azərbaycan səfirini bu cür aqibət gözləyir” kimi cümlələr İranın əslində iç üzünü orataya çıxarmış olur. Həmin iranlının vətəndaşlarımızı ölümlə hədəsləməsi əslində Tehranın uzun illərdir terror fəaliyyəti ilə məşğul olduğunu bir daha sübut etmiş oldu. 

Görünən odur ki, Azərbaycanın uzun illərdir İranla qonşuluq münasibətlərini nəzərə alaraq susmasından istifadə edən Tehran, indi Bakının molla rejiminə qarşı adekvat cavablarını həzm edə bilmir. Cənub qonşumuz bu cür addımlar atmaqla sanki diş göstərməyə çalışır. İranın bu cür addımları ölkə başçısının dediyi kimi bizi qorxuda bilməz. İran unutmamalıdır ki, bölgədə Azərbaycan 44 günlük müharibədən sonra yeni reallıqlar yaradıb və Tehran buna uyğun davranmalıdır. Azərbaycana qarşı təlimlər həyata keçirmək və təhdidlər səsləndirməklə Tehran rejimi heç nə qazananan deyil. İranın burada bir çıxış yolu var o da Bakının cızdığı planla razılaşmaq. Əks təqdirdə bu toqquşmadan ən çox ziyan görən İran olacaq!!!

Daşqın Həsənov
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR