Azərbaycanın Özbəkistandakı səfiri TAİB nümayəndələrini qəbul edib – Fotolar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Özbəkistanda səfərdə olan Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndə heyəti noyabrın 7-də Daşkənddə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevlə görüşüblər.

Agsaqqallar.com xəbər verir ki, Səfirliyin binasında keçirilən görüşdə səfir Hüseyn Quliyev TAİB nümayəndələrini zəfər günlərində Özbəkistanda salamlamaqdan məmunun olduğunu bildirib və Azərbaycanın şanlı qələbəsinə həsr olunmuş konfransın uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Azərbaycanla Özbəkistan arasında münasibətlərin bugünkü səviyyəsindən söz açan Hüseyn Quliyev qeyd edib ki, bu gün iki ölkə arasında əlaqələr dinamik inkişaf yolundadır. Səfir qeyd edib ki, Prezident İlham Əliyev Özbəkistanla əməkdaşlığın şaxələndirilməsi və xalqlar arasında əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verir və bu istiqamətlərdə sistemli addmlar atılır. Azərbaycanın dövlət başçısının Özbəkistanda böyük nüfuza sahib olduğunu deyən səfir, Prezident Ilham Əliyevin bu ölkəyə iyunun sonlarında gerçəkləşən səfərini xatırladıb və iki ölkə lideri arasındakı səmimi dostluq münasibətlərinə diqqət yönəldib.

Səfir Hüseyn Quliyev Prezident İlham Əliyevin təkcə Özbəkistanla deyil, bütün türk dövlətləri ilə münasibətlərin yeni mərhələyə yüksəldilməsi və ümumən Türk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin müxtəlif komponentlərindən də söz açıb.

Türk Ağsaqqalları Birliyi – TAİB-in sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev səmimi qəbula, göstərilən yüksək diqqətə və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə keçirəcəkləri “Azərbaycanın Qarabağ zəfəri Türk dünyası tarixinin şanlı səhifəsi kimi” adlı konfransın təşkilinə verdiyi dəstəyə görə səfir Hüseyn Quliyevə öz təşəkkürünü bildirib.

TAİB sədri rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və layihələri barədə söz açaraq Türk birliyinin möhkəmləndirilməsinə, Türk xalqları arasında inteqrasiyanın sürətləndirilməsinə vətəndaş cəmiyyəti institutlarının da töhfə verə biləcəyini qeyd edərək, TAİB-in bu yöndə həyata keçirdiyi proqramın ayrı-ayrı istiqamətlərindən də bəhs edib. Sudeyif İmamverdiyev TAİB-in Özbəkistanın QHT-ləri, ağsaqqallar, elm və mədəniyyət xadimlərilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu səfirin diqqətinə çatdırıb.

Türk Ağsaqqalları Birliyi – TAİB-in Türk dünyası üzrə həmsədri, tanınmış diplomat Hulusi Kılıç qardaş ölkənin səfiri ilə görüşündən məmnun olduğunu bildirərək Özbəkistanın Türk dünyasında mənəvi qiymətinin çox yüksək olduğunu qeyd edərək, bu gün dünyada gedən proseslərdən, regiondakı gərgin gəlişmələrdən bəhs edib və müşahidə olunan gedişatın Türk birliyinin möhkəmləndirilməsini tarixi zərurət kimi meydana çıxardığını vurğulayıb. TAİB-in vətəndaş cəmiyyəti institutu olaraq türk xalqları arasında əlaqələrin inkişafına töhfə verməyə çalışdığını deyən Hulusi Kılıç, bu istiqamətdə özünün də səylərini artıracağını bildirib.

TAİB-in nümayəndə heyətində təmsil olunan, millət vəkilləri, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun üzvləri Ramil Həsən və Müşfiq Cəfərov öz növbələrində Azərbaycan-Özbəkistan münasibətlərinin gələcək inkişaf prespektivlərinə toxunaraq iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin böyük üstünlüklər vəd etdiyini vurğulayıblar.

Millət vəkilləri Azərbaycan Prezidentinin bu ilin uyun ayında Özbəkistana gerçəkləşdirdiyi səfər zamanı imzalanmış səndlərin iki ölkə arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcəyinə əminliklərini ifadə edib, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”nin tarixi əhəmiyyətindən də bəhs ediblər.

TAİB-in sədr müavini Eyvaz Hünbətov, İdarə Heyətinin üzvü, Respublikanın əməkdar həkimi Məcid Hacıyev, TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar və beynəlxalq əlaqələr üzrə sədr müavini Elnur Eltürk də göstərilən diqqətə görə səfir Hüseyn Quliyevə öz təşəkkürlərini bildiriblər.

Görüşün yekununda TAİB rəhbərliyi səfir Hüseyn Quliyevə təşkilatın xüsusi plaketini təqdim ediblər. TAİB-in Türk dünyası üzrə həmsədri Hulusi Kılıç 44 günlük Vətən Müharibəsinə həsr etdiyi kitabını da cənab səfirə hədiyyə edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR