TAİB nümayəndələri Daşkənddədir -FOTO

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanın Zəfər Günü Özbəkistanda qeyd olunacaq

Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndə heyətinin Özbəkistanın paytaxtı Daşkəndə səfəri başlayıb.

Nümayəndə heyətinin üzvlərini Daşkənd Beynəlxalq Hava Limanında Azərbaycanın Özbəkistandakı Səfirliyi nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları və Türkiyənin Özbəkistandakı Səfirliyinin təmsilçiləri qarşılayıb.

Qeyd edək ki, noyabrın 7-də Daşkənddə Türk Ağsaqqalları Birliyi – TAİB-in və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş, “Azərbaycanın Qarabağ zəfəri Türk dünyası tarixinin şanlı səhifəsi kimi” adlı konfrans keçiriləcək.

Səfər çərçivəsində TAİB nümayəndələri Daşkənddə bir sıra görüşlər də keçirəcəklər.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR