" />

MŞ İdarə Heyətinin üzvü Ramin Əhmədova qarşı məkrli kampaniyanı pislədi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Missiya Media Qrupunun təsisçisi, iş adamı, xeyriyyəçi, nəcib insan Ramin Əhmədov haqqında jurnalistika adına ləkə olan “saytlar”ın məntiqdən, savaddan, peşə etikasından, jurnalist duyumundan çox uzaq “yazı” yayması Mətbuat Şurasının tarixi monitorinqləri bərpa etməsinə bir daha təkan olmalıdır məncə. 

Doğrusu nəyin necə, niyə baş verdiyini tam bilmirəm. Onu bilirəm ki, o qara-qura elektron vasitələr iş adamından “niyə avtomobilin, niyə evin var” deyə soruşmağa cəhd göstəriblər. Məntiqsizliyin Ginnesə düşə biləcək səviyyəsidir. Ramin bəy iş adamı kimi böyük vergi ödəyicisidir. Xeyli sayda iş yerləri açıb, geniş biznes fəaliyyəti ilə məşğuldur. Belə bir insandan “niyə bahalı avtomobi sürürsən” deyə soruşanlara bir gülməli cavab verim: “Neyləsin “Prius” sürsün?”. Gerizəkalılıq o vaxt faciə olur ki, onu mediaya, mədəniyyətə, siyasətə gətirəsən. Media camesi belə səbatsızlığın müqəddəs məkana yol açmasına imkan verməməlidir. Ustadlarımızn ruhundan ayıbdır.

Ramin bəyin fəaliyyəti təbii ki, tam şəffaf və hər yerdən görünəndir. Bununla yanaşı, Ramin Əhmədovu demək olar xüsusən Nizami rayonu ərazisində bütün şəhid ailələri, bütün qazilər çox yaxşı tanıyırlar. Heç vaxt meydanda görünməyən bu nəcib insan ancaq xeyriyyəçi əməlləri ilə ad qazanıb. Bütün işləri Missiya Media Qrupu həyata keçirir, Ramin bəy heç yerdə adının hallanmasını, ona minnətdarlıq ünvanlamasını istəmir. Eləcə deyir ki, bu mənim öncə vətəndaşlıq, sonra insanlıq borcumdur”.

Böhtanın ikrah doğuran tərəfi odur ki, onun müəllifləri məhz həm də media orqanlarının təsisçisi olan bir şəxsə qarşı murdar hücum düzənləyiblər, daha anlamayıblar ki, “Missiya.az”, “Missiya TV” kimi hörmətli media qurumlarına rəhbərlik edən tanınmış jurnalistin bir nöqtəsi onların “saytlarının” cəmindən ağırdır.

Nicat Dağlar belə məntiqsizlərin cavabını o qədər dəqiqliklə verib ki… Amma yox, biz oturub gözləyə bilmərik ki, çamur atsınlar, sonra üstümüzü təmizləyək. Belə hücumları təşkil edənlər mütləq həm ictimai, həm də hüquqi məsuliyyətə cəlb olunmalıdırlar. 

Türk Ağsaqqaları arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – bu möhtəşəm təşkilatın da təsisçisi Ramin Əhmədovdur. Adına qısaca TAİB deyirik. TAİB-in cəmi bir il ərzində atdığı addımıarın, gerçəkləşdirdiyi  layihələrin bircə cümləsi o cür “saytlar”ın bu günə qədər yayımladıqları bütün “yazıların” utanıb yerə girməsinə səbəb olar. 

Ramin Əhmədova isə bir söyləyəcəyimiz var: Yolunuz açıq olsun, əsl azərbaycanlı, əsl insan, əsl vətəndaş. Kainata göndərdikləriniz Sizi cahillərdən hifz etsin və edir!

Ceyhun Musaoğlu
Missiya.Az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR