“İnanırıq ki, Türkiyə Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə böyük hədəflərinə çatmağa müvəffəq olacaq” – Ramin Əhmədov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov özünün rəsmi Facebook səhifəsində Türkiyənin Cümhuriyyət bayramı ilə əlaqədar diqqətçəkən paylaşım edib.

Agsaqqallar.com paylaşımı olduğu kimi təqdim edir:
Yaşı əsrlərə söykənən Türk dövlətçiliyi tarixində ölkənin sürətli və hərtərəfli inkişafını şərtləndirən mühüm siyasi hadisənin ildönümüdür. Türkiyənin dövlət quruluşunun yeni və dünyəvi sistemə keçidinin təmin olunduğu gündən 99 il ötür.
Bu gün həm qardaş ölkədə, həm də Türk dünyasının ayrılmaz parçası olan Azərbaycanda böyük bayramdır.
Çağdaş dövrümüzdə Türkiyənin dünya siyasətindəki mövqeyi, möhkəm dayaqlara və təsir imkanlarına malik qüdrətli Dövlət kimi gələcəyin xəritəsini müəyyənləşdirənlərdən olması hər birimizdə fəxarət hissi yaradır. İnanırıq ki, sayğıdəyər Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə Türkiyə hələ çox uğurlara imza atıb BÖYÜK HƏDƏFLƏRİNƏ çatmağa müvəffəq olacaq.
Bayramımız mübarək!

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR