AMEA: Qarabağ və ətraf ərazilərdə radiaktiv maddələr və təhlükəli şüalanmalar var

Yazı fontunu küçültür Yazı fontunu büyütür

AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) “Şuşa ili”nə həsr olunmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” adlı respublika elmi-texniki konfransının açılış mərasimində giriş nitqi ilə çıxış edib.

Agsaqqallar.com APA-ya  istinadən xəbər verir ki, o, əvvəlcə AMEA rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb. Dövlət başçısı tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edildiyini xatırladan akademik Rasim Əliquliyev bu tədbirin məhz belə bir əlamətdar il çərçivəsində keçirilməsinin xüsusi məna kəsb etdiyini söyləyib. Qeyd edib ki, respublika və dünya ictimaiyyətinin diqqətinin Qarabağ və ətraf ərazilərdə olan problemlərə cəlb edilməsi bu tədbirin əsas hədəflərindəndir.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR