TAİB təmsilçiləri Qax rayonu ilə tanışlıq gəzintisində iştirak ediblər – FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Qaxda böyük Türk şairi və filosofu Yunus Əmrəylə bağlı konfrans təşkil edən Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndə heyəti rayonla tanışlıq gəzintisində iştirak ediblər.

Agsaqqallar.com xəbər verir ki, Qax rayonu İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin, qurumun rəhbər şəxslərinin və Yeni Azərbaycan Partiyası Qax Rayon Təşkilatının sədri Natiq Allahverdiyevin də iştirak etdiyi gəzinti zamanı TAİB təmsilçiləri rayonda aparılan abadlaşdırma və yenidəqurma işlərilə tanış olublar.

İcra Hakimiyyətinin başçısı bildirib ki, Prezident İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafı proqramına uyğun olaraq son illər ərzində Qaxda da genişmiqyaslı layihələr həyata keçirilib. Bu sırada yeni parkların salınması, yolların müasir standartlara uyğunlaşdırılması, bir sıra küçələrdə tarixi memarlıq üslubuna əsaslanan təmir-restavrasiya və yaşıllaşdırma işlərinin aparılması, eləcə də infrastrukturun müasir normalara cavab verəcək səviyyəyə çatdırılması kimi  layihələrdən danışan Musa Şəkiliyev kənd təsərrüfatı və turizm sahəsinin inkişafı istiqamətində atılan addımlardan da söhbət açıb.

Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin üzvləri və nümayəndə heyətinin tərkibində olan alimlər Qaxda gördüklərinin onlarda xoş təəssürat yaratdığını bildiriblər.


  
                

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR