TAİB-in gənclər qolu yaradılır-müzakirələr başladı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Türk Ağsaqqalları Birliyi-TAİB-in yaranmasının ili tamam olmasa da bir çox əhəmiyyətli layihələr həyata keçirilib və demək olar ki, türk dünyasının çox yerindən saysız-hesabsız təbrik məktubları hələ də gəlməkdə davam edir.
Elm, mədəniyyət və digər sahələrdə türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi, türk ağsaqqallarının birliyinə nail olmaq məqsədilə yaradılan Türk Ağsaqqalları Birliyinin üzvləri sırasında türk dünyasının tanınmış simaları ilə yanaşı qadınlar və gənclər də addımlamaqdadır. Təşkilatın İdarə Heyətinin iclaslarında gündəmdə olan məsələlərdən biri də məhz TAİB-in qadınlar və gənclər qolunun yaradılması ilə bağlıdır. Artıq bu məsələ ilə bağlı konkret addımlar atılır, müzakirələr aparılır, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən gənclərlə davamlı görüşlər keçirilir.
Belə görüşlərdən biri də Bakı Dövlət Universitetinin III kurs tələbəsi Elgün Rüstəmli və “Qorqud” Vikipediya Metodik Klubunun eksperti, təcrübəli vikipediyaçı, Bakı Dövlət Universitetinin IV kurs tələbəsi Sübhan Xıdırzadə ilə keçirilib.
Gənclər öncə TAİB-in ofisi və təşkilatın rəsmi orqanı olan “Türk dünyası ağsaqqalları” qəzeti ilə tanış olub, təşklat rəsmiləri ilə həmsöhbət olublar.
Təşkilatın İcra Aparatının rəhbəri Nicat Dağlar, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Elnur Eltürk və KİV və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Şərafət Şəfa gənclərə təşkilatın məqsəd, məramından, gördüyü işlərdən və gələcək planlarından danışıblar..
Gənclər də öz növbələrində dövlətin gənclər siyasətindən bəhrələndiklərini, onlara yaradılmış geniş imkanlardan istifadə etdiklərini bildiriblər. Çağdaş dövrümüz üçün milli ideologiyamızın əsası olan türk milli irsinin, milli mənəvi dəyərlərimizin qorunması, gələcək nəsillərə yetirilməsi üçün TAİB-də təmsil olunmaq, ictimai əhəmiyyətli işlərdə, layihələrdə fəal iştirak etmək istəyirlər.
Qeyd edək ki, TAİB-in tərkibində gənclər birliyinin yaradılması məsələsi uzun zamandır ki, müzakirə olunur.
Bu günlərdə Türk Ağsaqqallar Birliyinin İdarə Heyəti gənclərlə görüş keçirəcək və məsələnin yekun müzakirəsi aparılacaqdır.
Mətbuat xidməti

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR