Şimali Makedoniyanın sabiq naziri TAİB-in qonağı oldu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycanda səfərdə olan Şimali Makedoniyanın sabiq naziri, Makedoniya Türk Hərəkat Partiyasının sədr müavini, TAİB-in İdarə Heyətinin üzvü Elvin Hasan və Şimali Makedoniyanın Siyasi Quruluş və İcmalararası Əlaqələr nazirinin müavini Cabir Doko TAİB-in qonağı olublar.

Qonaqları təşkilatın İdarə Heyətinin üzvüləri, sabiq dövlət qulluqçuları Eyvaz Hünbətov, Nüsrət Paşayev, İcra Aparatının rəhbəri Nicat Dağlar və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Elnur Eltürk qarşılayıblar.

Qonaqlar əvvəlcə təşkilatın ofisi ilə tanış olublar.
Dəyirmi masa ətrafında keçən görüşdə Eyvaz Hünbətov qonaqları təşkilat rəsmiləri ilə tanış edib. İcra Aparatının rəhbəri Nicat Huseyn Daglar da öz növbəsində qonaqlara təşkilatın məqsəd və məramından, gördüyü işlərdən danışıb.

TAİB-in İdarə Heyətinin üzvü Elvin Hasan Azərbaycanı çox sevdiklərini, bu təşkilatda təmsil olunduğu üçün məmnun olduğunu bildirib.
Hər iki qonaq türk dünyasının inkişafında Türk Ağsaqqalları Birliyinin böyük rolu olacağını, türk bilim adamlarının bir araya gələrək daha əhəmiyyətli işlər görəcəyinə əmin olduqlarını bildiriblər. Qeyd ediblər ki, təşkilatın indiyə qədər gördüyü işlər buna əsasdır.

TAİB-in İdarə Heyətinin üzvü Nüsrət Paşayev və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Elnur Eltürk də çıxışlarında təşkilatın türkdilli ölkələrdə, eləcə də daxildə keçirdikləri təntənəli konfrans və tədbirlərdən söz açıblar.
Sonda xatirə şəkil çəkilib. Qonaqlara təşkilatın rəsmi orqanı olan Türk Dünyası Ağsaqqalları Qəzetinin son buraxılışı hədiyyə olunub.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR