TAİB nümayəndələri Gəncə Dövlət Dram Teatrını ziyarət ediblər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Gəncədə səfərdə olan Türk Ağsaqqalları Birliyinin nümayəndə heyəti Gəncə Dövlət Dram Teatrının yeni binasını ziyarət ediblər.
Gəncə Dövlət Dram Teatrının rəhbəri Aqil Bəhramlı qonaqları qarşılayaraq möhtəşəm görünüşülə insanları valeh edən teatr binasıyla tanış edib.
O, bildirib ki, teatr binası möhtərəm prezidentimiz İlham Əliyevin tapşırığı ilə tikilib və yanvarın 30-da ölkə başçısının iştirakı ilə yeni binanın açılışı olub.
A.Bəhramlı bildirib ki, Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə Bakıda yaradılıb. 1925-ci ilədək “Tənqid-təbliğ” teatrı, 1932-ci ilədək “Bakı-işçi-kəndli” teatrı adlandırılıb. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülüb və fəaliyyətini burada davam etdirib.
Teatr rəhbəri TAİB üzvlərini teatrın muzeyi və zalları ilə tanış edib, geniş məlumat verib.
TAİB-in sədri, akademik Sudeif İmamverdiyev binanın möhtəşəmliyindən söz açıb, çox məmnun qaldıqlarını bildirib, teatr əhlinə yaradıcılıq uğurları diləyib.
Sonda xatirə şəkillər çəkilib.
Qeyd edək ki, Türk Ağsaqqalları Birliyi Azərbaycan Dövlət Aqrar Universitetində ADAU ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümünə həsr edilən konfrans keçirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR