" />

“Şuşanın ən gözəl küçəsinə Atatürkün adının verilməsi dünyaya verilən daha bir mesajdır”- Murtaza Karaçanta

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Şuşanın ən gözəl küçəsinə Atatürkün adının verilməsi dünyaya verilən daha bir mesajdır”.

Bu sözləri Agsaqqallar.com saytına açıqlamasında TAİB-in İdarə Heyətinin üzvü, “Çağdaş Azərbaycan” Kültür Dərnəyinin rəhbəri Karaçanta Murtaza deyib.

O, bildirib ki, türkdilli ölkələrdə yaşayan xalqlar tarixi-kökü və mədəni əlaqələri, adət-ənənələri ilə bir-birilərinə bağlıdırlar. Türkiyə- Azərbaycan qardaşlığı isə bu xalqlar üçün örnək və nümunədir. Biz bunu həm 1918-20-ci illərdə, həm 44 günlük Vətən Müharibəsində də gördük.
“Biz qan bağı, göbək bağıyla bir-birimizə bağlıyıq. Bu qardaşlığı, dostluğu heç bir qüvvə sarsıdıb, qıra bilməz. Bu gün Türk dünyasının mədəniyyət paytaxtı olan ürəyimiz Şuşanın ən gözəl küçəsinə Atatürkün adının verilməsi türk dünyası üçün önəmli hadisə və fəxrdir. Biz cumhurbaşqanı sayın İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlığımızı bildirirk”-deyə TAİB üzvü bildirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR